ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (18 yanvar - 25 yanvar 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində,  “Azneft” İstehsalat Birliyinin və onun struktur bölmələrinə aid olan Abşeronneft NQÇİ-nin  ,  H. Zeynalabdin Tağıyev adına NQÇİ – nin, Ə. Əmirov adına NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğuların təmiri, İstismarı, İstehsalat xidmət bazalarında, Elmi Tədqiqat və istehsalat işləri, Qaz kompressor, İstehsalat proseslərinin avtomatlaşdırılması avadanlıqlarının təmiri və nəzarət ölçü cihazları, Quyuların əsaslı və yeraltı təmiri sahələrində, Maddi Texniki Təchizat İdarəsinin anbarlarında və 2 saylı Səngəçal bazasında və Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Dübəndi istehsalat bölümündə, Qaz Anbarları İstismarı idarəsinin inzibati binası və Mərkəzi anbarında, Qaradağ Kompressor, Qazsazlama, Qaz anbarları İstismarı İdərəsinin Elektrik təchizatı və avadanlıqlarının təmiri, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, 5 saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binası və 1 saylı avto və Xüsusi texnika sahəsində, 28 may” NQÇİ –nin 4, 7 saylı Dərin Dəniz Özülü sahələrində, “Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Dübəndi, İxrac İstehsalat, Anbar Təsərrüfatı Bölümünün NZS sahələrində,  Abşeron İstehsalat Bölümünün Sumqayıt və Qaradağ İstehsalat Bölümünün Puta Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatı Bölümündə, Təhlükəsizlik İdarəsinin inzibati binasında, “Neftqaztikinti” trestinin inzibati binasında və 7 saylı Təmir Quraşdırma Bölümündə,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti İdarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Ramanı, N.Nərimanov, Xətai, Türkan - 1, Zirə - 3, Dübəndi, Xaşaxuna, Mərdəkan bağları, Şimal Dress, Buzovna Qaz Tənzimləyici məntəqələrində, Zabrat - 1, 2, Böyükşor Avtomatik Qaz Paylayıcı  sahələrində, Azəriqaz İstehsalat Birliyinin və onun struktur bölmələri olan Bakı Regional Qaz Sayğacları İstismar Departamentində və Layihə Konstruksiya Bölümündə, Nərimanov, Xətai, Nəsimi, Yasamal, Abşeron, Binəqədi, Suraxanı, Təmir İstismar Xidmətlərində,  1, 3 və 4 saylı Təmir Quraşdırma, Təmir Tikinti İdarəsinin 2 və 4 saylı Qəza Təmir Bərpa və Texniki İstismar Xidmətlərində, Sumqayıt Qaz İstismar sahəsində, Ümumi Tikinti İdarəsində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Hüquq Departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı profilaktika və əməliyyat dəstələrində, Geologiya və Geofizika İdarəsinin inzibati binasında və onun struktu bölmələri olan Kompleks Mühəndis Axtarış, Mədəngeofizika İstehsalat Bölümlərində, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyalarında, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binalarında, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 1, 2 və 3-cü sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, onlarin 1, 2 və 3 saylı A, Xüsusi texnika sahələrində və nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan  3, 5, 6, 8, 9, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20,  22, 23, 25, 26-cı sahələrində, 11, 13 saylı Yanğından  Mühafizə və Polis Mühafizə Dəstələrində, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və nəqliyyat vasitələrində  O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantı Mərkəzində,  Tullantıların Emalı Departamentinin  4-cü (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahəsində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  269 483 m2  deratizasiya,  263 471 m2 dezinseksiya və 418 166 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021 - ci il 01 aprel saat  00 - dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
































 

tarix : 26.01.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.