Hazırda qış mövsümü ilə əlaqədar olaraq havaların soyuq keçməsinə baxmayaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 119 min 825 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı QSC, “Azneft” İB NQÇİ-lərin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə, sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
TRD-nin 1-ci və 2-ci sahələrin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə suvarılması nəticəsində bitkilərin normal inkişafı təmin edilmişdir. Hazırda “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 40 min 039 ədəd, “Azneft” İB-nin H.Z. Tağıyev adına NQÇİ-nin Qala ərazisində 4 min 510 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində olan 63 min 399 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 m2 istixanada 11 min 700 ədəd ağac tinglərinə və Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
TRD-nin xidmət göstərdiyi sahələrdə görülən işlərlə yanaşı "Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən istehsalat sahələrində qış mövsümü ilə əlaqədar 2536 ədəd müxtəlif növ ağac, 1567 ədəd bəzək kolları və 942 ədəd ştillərə İnzibati Təsərrüfat Şöbəsinin təcrübəli bağbanları və işçi heyəti tərəfindən yüksək səviyyədə qulluq göstərilir.
Bütün bunlarla yanaşı qış mövsümündə hava şəraitinin soyuq keçməsini nəzərə alaraq işçilər tərəfindən soyuğa davamsız palma və digər ağac növləri salafan örtüklərlə bağlanılır, sahələrdə yeni qazonların salınması üçün işlər aparılır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi sahələrdə yaşıllıq zolaqlarının genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.