ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (26 yanvar - 01 fevral 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində,  “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələrinə aid olan Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Sənqəçal Bazasında,  Abşeronneft, H.Z.Tağıyev, Ə.Əmirov adına NQÇİ-nin inzibati binalarında və sahələrində,  “28 May” NQÇİ-nin Neftin Tam Hazırlanması və Təhvili, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli, Dalğıc xidmətinin 1 saylı sahələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Qaz Anbarları İstismarı İdarəsinin sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Dübəndi İstehsalat, Anbar Təsərrüfatı Bölümlərinin inzibati binalarında, Abşeron İstehsalat Bölümünün Sumqayıt  Neft Təhvili, Qaradağ İstehsalat Bölümünün Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatı Bölümündə, Sosial İnkişaf İdarəsinin inzibati binasında, “Neftqaztikinti” trestinin 6 və 7 saylı Tikinti Quraşdırma bölümlərində,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Abşeron Magistral Qaz Kəmərləri sahəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun  strukturuna aid olan Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal, Abşeron, Binəqədi Texnoloji İstismar Xidmətlərində, Bakı Regional Qaz Satış Departamentinin və Layihə Konstruktor Bürosunun inzibati binalarında, Təmir Tikinti İdarəsinin 4 saylı Qəza Təmir Bərpa Xidmətində, 3 və 4 saylı Təmir Quraşdırma, Səbail Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun struktur bölməsi olan Anbar Təsərrüfatı bölümünün 1 saylı sahəsində, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun strukturuna aid olan 1 saylı Profilaktika və 1 saylı Əməliyyat dəstələrində, Geologiya və Geofizika İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində və Azəri Mədəngeoloji Ekspedisiyasında, Karbamid zavodunun inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil Sənqəçal Rabitə İnformasiya, Qobustan Avtomatlaşdırılmış Texnologiyaları, Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan  2, 4, 6, 7, 8, 9, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 22, 25, 26-cı sahələrində, Polis Mühafizə Dəstəsində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, ümumilikdə  196 912 m2  deratizasiya,  212 246 m2  dezinseksiya və 368 116 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 aprel saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

























tarix : 05.02.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.