ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (02 fevral - 08 fevral 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində,  “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələrinə aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və anbarlarda,  Abşeronneft, Bibiheybətneft, Ə.Əmirov adına NQÇİ-nin inzibati binalarında və sahələrində,  “28 May” NQÇİ-nin Neftin Tam Hazırlanması və Təhvili, N.Nərimanov adına NQÇİ-nin sex və sahələrində, Dalğıc xidmətinin 1 saylı sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Qaz Anbarları İstismarı İdarəsinin sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Anbar Təsərrüfatı Bölümünün Sənqəçal sahəsində, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neft Təhvili, Qaradağ İstehsalat Bölümünün inzibati binasında və Puta Neftin Nəqli sahələrində, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərinin inzibati binalarında, Təmir və Texniki xidmət sahəsində, Balaxanı Ölçmə Məntəqəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Sosial İnkişaf İdarəsinin inzibati binasında, “Neftqaztikinti” trestinin 5, 6 və 7 saylı Tikinti Quraşdırma bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Anbar Təsərrüfatı sahəsində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Abşeron Magistral Qaz Kəmərləri sahəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun  strukturuna aid olan Qaradağ, Səbayil, Suraxanı, Nərimanov, Nəsimi, Yasamal, Abşeron, Binəqədi Texnoloji İstismar Xidmətlərində, Layihə Konstruktor Bürosunun inzibati binasında, Təmir Tikinti İdarəsinin 1, 2 saylı Qəza Təmir Bərpa Xidmətlərində və Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, 3 və 4 saylı Tikinti Quraşdırma, Qaz Kəmərlərinin Sökülməsi, Sumqayıt Qaz İstismarı sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Anbar Təsərrüfatı sahəsində, Təhlükəsizlik İdarəsinin inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun strukturuna aid olan 1 saylı Əməliyyat dəstəsində, Geologiya və Geofizika İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün Mədəngeoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyalarında, Karbamid və Metanol zavodlarının inzibati binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan  5, 8, 9, 10, 12, 13, 14, 15, 16, 20, 25-ci sahələrində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, ümumilikdə 307 234 m2 deratizasiya, 203 014 m2 dezinseksiya və 326 119 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 aprel saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























tarix : 10.02.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.