ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin istehsalat sahələrində çökdürücü göllərin təmizlənməsi, daşınma və profilaktiki işlər yerinə yetirilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas istiqamətlərindən biri də (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) çökdürücü göllərə yığılmış neftşlamın və sənaye-çirkab sularının mexaniki təmizləyici qurğular vasitəsi ilə təmizləməkdən ibarətdir.

QSC-nin bu fəaliyyətini Tullantıların Emalı Departamentinin (TED) işçiləri həyata keçirir. Sənaye-çirkab sularının yüksək keyfiyyətlə təmizlənməsi üçün daim məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında yeni texnologiyaların və qurğuların tətbiqi, mexaniki təmizləyici qurğuların neftşlamdan və mexaniki çöküntülərdən təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, çökdürücü göllərdə mütəmadi olaraq təmizləmə işləri yüksək səviyyədə vaxtlı-vaxtında yerinə yetirilir.
 Belə ki, 2021-ci il yanvar ayında TED-nin 6-cı sahəsində fəaliyyət göstərən 10 saylı çökdürücü göldən 238 m3 -dən çox neftşlam və mexaniki qarışıq təmizlənərək, emal üçün 5-ci sahədə yerləşən “Alfa Laval” şirkətinin dekanter  qurğusunun qəbul hovuzuna ötürülmüş və emal edilmişdir. Bütün bu işlərin davamı olaraq 6 saylı çökdürücü göldə təmizləmə işləri davam etdirilir. Bu da öz növbəsində H.Əliyev adına NEZ-dan daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. 
TED-nin 4-cü sahəsindəki (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) 15 KV gücündə məhsuldarlığı saatda 30 m3 olan mərkəzdənqaçma nasosu vasitəsi ilə 3 saylı mexaniki təmizləmə sistemində nefttutuculardan neft məhsulları yeraltı quyuya yığılaraq çənlərə vurulur.
Bütün bunlarla yanaşı Tullantıların Emalı Departamentinin göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsi işlərinin 3-cü sahənin işçiləri yerinə yetirir.
Parafin sexində də texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və işlərin İSO standartlarının tələbləri səviyyəsində qurulması məqsədi ilə, mütəmadi olaraq profilaktiki təmizlik və təmir işləri həyata keçirilir.
Bu məqsədlə, “Ekol Mühəndislik Xidmətləri” QSC-də mütəmadi olaraq sənaye-çirkab sularının təmizlənməsi proseslərinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.

















tarix : 15.02.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.