ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçular arasında “Ekol Mühəmdislik Xidmətləri” QSC - nin əməkdaşları da var.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı,  “Dəmir yumruq”  əks-həmlə  hərbi əməliyyatlarında  - Vətən Müharibəsində   “Ekol Mühəndislik Xidmətləri” QSC - nin müxtəlif strukturlarda çalışan 5 əməkdaşı iştirak edib.

Silahlı Qüvvələrin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.
Düşmən üzərində möhtəşəm Zəfərin qazanılmasında öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları Nəqliyyat sexinin sürücüsü Afiq Mahir oğlunu, TRD 2-ci sahənin bağbanları Surət Fərzəlibəylini və Emil Əhmədovu, TRD 1-ci sahənin bağbanı Habil Hacıyev və Tullantıların İdarə Edilməsi Mərkəzinin mühəndis - proqramlaşdırıcısı Cavid Əliyevi qələbə münasibətilə təbrik edir, torpaqlarımızın azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə öz minnətdarlığımızı bildiririk.
Ikinci Qarabağ müharibəsi və Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Biz də  bir kollektiv olaraq rəhbərlik və Həmkarlar İttifaqı Komitəsinin diqqət və qayğısı ön cəbhədə vuruşan əməkdaşlarımızın ailələrindən əskik olmamışdır. Onların ailələrinə və ailə üzvlərinə maddi və mənəvi dayaq hər zaman diqqət mərkəzində olmuşdur.
Vətən Müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC - nin əməkdaşaları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağımızın dirçəlişi, xalqımızın rifahı naminə  bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarını bildirirlər.
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Ordu, Yaşasın Azərbaycan Xalqı, Qarabağ Azərbaycandır!

tarix : 23.02.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.