ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi “Xocalı soyqırımı qurbanlarının” əziz xatirəsini heç zaman unutmayacaq.
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirilmişdir.

Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 29 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü daha geniş miqyasda qeyd olunur və  qurbanlarının xatirəsi əziz tutulur. 
“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir!” deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətin erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsini tələb etdi.
Nəticə olaraq Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Milli Ordumuzun və Azərbaycan xalqının birliyi nəticəsində 27 Sentyabr 2020-ci ildə əks hücuma keçən  “Dəmir Yumruq” əməliyyatı  Zəfər çalaraq, işğalda olan bütün ərazilərimiz  erməni işğalçılarından azad edildi. Bu isə ürəkləri daima Vətən eşqi ilə döyünən Xocalı Şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinin hər bir üzvü Xocalı soyqırımının 29 – cu ildönümü münasibətilə soyqırım qurbanlarının əziz xatirəsini yad edir, bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi qəbul edir  və  Xocalı  faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Anım günü ilə əlaqədar, QSC – nin  Baş ofisində və istehsalat sahələrində soyqırımı əks etdirən stendlər təşkil edilmişdir.
Tarix sübut etdi ki, bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
Xocalı faciəsi xalqımızın böyük dərdi, kədəri, qəmi olmaqla yanaşı, qan yaddaşında öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.




tarix : 26.02.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.