ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində Azərbaycan və Qazaxıstan tələbələri ilə onlayn görüş keçirilmişdir.
22 fevral 2021-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” təşkilatı (Caspian Environmental Protection İnitiative CEPİ) gənc nəslə ətraf mühitin mühafizəsi istiqamətində müasir təcrübələrin aşılanması məqsədilə Azərbaycan və Qazaxıstan Respublikalarının qabaqcıl ali təhsil müəssisələrinin 250 nəfərə yaxın müəllim və tələbə heyəti ilə onlayn görüş keçirilmişdir.

Görüşdə CEPİ-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, CEPİ-nin İcra Komitəsinin üzvü, “Equinor Abşeron A.S” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və BMT-nin inkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti,  Atırau Neft və Qaz Universitetinin, Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin, Qazax-Britiş Texniki Universitetinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ADA Universitetinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak etmişdir.
Görüşdə Rəfiqə Hüseynzadə giriş sözü ilə çıxış edərək 14 sentyabr 2020-ci il tarixində yaranan “Xəzər Regionunun Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü” (Caspian Environmental Protection İnitiative CEPİ) ictimai təşkilatın əsas məqsədi xəzər regionunda fəaliyyət göstərən neft və qaz şirkətlərinin ətraf mühitin mühafizəsinin atmosferə atılan karbon tullantılarının sıfıra endirilməsi hədəflərinin iqtisadi mümkün şərtlərlə dəstəklənməsindən, Xəzər bölgəsində neft və qaz fəaliyyəti sahəsində ekoloji dayanıqlığın təşviq edilməsindən ibarət olduğunu bildirmişdi.
Daha sonra “Equinor”, TOTAL və KazMunayGaz şirkətinin aparıcı ekspertləri təqdimatla çıxış edərək, tələbələrə aparıcı neft-qaz şirkətləri tərəfindən ətraf mühitin mühafizəsi, xüsusilə iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində tətbiq olunan texnologiyalar haqqında məlumat vermiş və uğurlu layihələrin nəticələrini misal göstərmişlər.  


tarix : 05.03.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.