Martın 5 - də ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində də bu əlamətdar gün münasibətilə Cəmiyyətin qadın əməkdaşları təbrik edilmişdir. Onların respublikamızın ictimai-siyasi həyatında, dövlət quruculuğunda və iqtisadi inkişafında böyük rolunun olması xüsusilə qeyd edilmişdir.
QSC-nin kollektivinin 30%-ə qədərini təşkil edən qadınların əməyi yüksək qiymətləndirilmiş, onlara can sağlığı, uzun ömür, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulanmışdır.
Cəmiyyətin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən qadın kollektivinin hər bir üzvünə hədiyyələr təqdim olunmuşdur. Kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə QSC rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə öz təşəkkürünü bildirmişlər.