Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq standartların tələblərinə uyğun olaraq daxili auditin açılışı olmuşdur.
|
QSC-də TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sisteminin”, TS EN İSO 14001 “Ətraf mühitin mühafizəsi” və TS İSO 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi” idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin Baş direktorunun təsdiq etdiyi qrafikə əsasən 23.02.2021-ci il tarixindən daxili auditin keçirilməsinə başlanılmışdır. Daxili audit 03 saylı İdarəetmənin Mövcud Prosedurları “Audit proseduru”nun tələblərinə uyğun keçirilir.
Qrafikə əsasən audit QSC-nin bütün struktur bölmələri üzrə aparılacaqdır. Audit başlamazdan əvvəl müzakirələr keçirilmiş və ilk audit rəhbərlik, Ekoloji Monitorinq Departamenti, Tullantıların Emalı Departamentində keçirilmişdir. Auditə Ekoloji Monitorinq Departamentinin rəis müavini, Baş audit Natella Şəfiyeva, Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və QSC-də müvafiq sertifikatları, təcrübələri olan auditorlar cəlb edilmişdir. Obyektiv faktlara əsaslanaraq keçiriləcək audit zamanı müvafiq sənədləşmələr aparılacaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün uyğun prosedurlar tövsiyyə ediləcəkdir. Son nəticədə hər bir bölmə üzrə auditin yekun hesabatı hazırlanaraq QSC-nin rəhbərliyinə təqdim olunacaqdır. Daxili audit qrafik əsasında QSC-nin bütün struktur bölmələri əhatə edilməklə 06.05.2021-ci il tarix də daxil olmaqla davam edəcəkdir.
tarix : 12.03.2021
|
|
|
|
|
|
|