ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (23 fevral – 04 mart 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələrinə aid olan Qaz Anbarlarının İstismarı İdarəsində, İstismar avadanlıqları sahəsində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında,  2 saylı Sənqəçal Bazasında, “28 May” NQÇİ-nin Neftin Tam Hazırlanması və Təhvili sahəsində, Abşeronneft, Bibiheybətneft, Ə.Əmirov, N.Nərimanov  adına NQÇİ-nin inzibati binaları və sahələrində, Dalğıc Xidmətinin  inzibati binasında və 1 saylı sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Qaradağ İstehsalat Bölümünün Daşgil Neftin Nəqli, Abşeron İstehsalat Bölümünün Suraxanı və Sumqayıt Neftin Nəqli sahələrində, İxrac və Dübəndi İstehsalat Bölümlərində, “Neftqaztikinti” trestinin 2, 6 və 7 saylı Tikinti Quraşdırma bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində,  Qaz Kəmərləri İdarəsinin Xırdalan, Masazır, Sulutəpə, Alatava, Səbail Qaz Paylayıcı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Layihə və Konstruktor Bürosunda, Avtomatika və Metrologiya Departamentində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binası və onun  strukturuna aid olan Nərimanov, Yasamal, Binəqədi, Səbail, Abşeron, Sabunçu, Xətai Texniki İstismar, Qaradağ Texniki İstehsalat, Təmir Tikinti İdarəsinin Qəza Təmir Bərpa Xidmətlərində, 1 və 3 saylı Tikinti Quraşdırma və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Qaz Sayğacların Departamentinin inzibati binasında, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərinin inzibati binalarında, Təmir və Texniki xidmət sahəsində, Balaxanı Ölçmə Məntəqəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun struktur bölməsi olan 2 saylı Anbar Təsərrüfatı sahəsində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün Azəri Mədən Geoloji Ekspredisiyasında,  Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında,, Sənaye Təhlükəsizlik İdarəsinin, Sosial İnkişaf İdarəsinin, Karbamid və Metanol zavodlarının inzibati binalarında, Ümid – Babək Əməliyyat Şirkətinin mərkəzi anbarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft Bazasında, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bölümündə, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil Sənqəçal Rabitə İnformasiya, Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Nəqliyyat İdarəsi və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında,  xüsusi texnika və nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan  6, 10, 17, 18, 21, 22, 25-ci sahələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Bakı Olimpiya Stadionun ərazisində və su çənlərində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində ümumilikdə 387 302 m2 deratizasiya,  251 119 m2 dezinseksiya, 347 363 m2 sahədə və 604 m3 su çənlərində Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 aprel saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.






















 

tarix : 15.03.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.