ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

İkinci Qarabağ Müharibəsində iştirak etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları Novruz bayramı münasibətilə təbrik edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı,  “Dəmir yumruq”  əks-həmlə  hərbi əməliyyatlarında  - Vətən Müharibəsində   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin müxtəlif strukturlarda çalışan 4 əməkdaşı iştirak etmişdir.

Silahlı Qüvvələrin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıtmışdır.
Düşmən üzərində möhtəşəm Zəfərin qazanılmasında öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları Nəqliyyat sexinin sürücüsü Afiq Mahir oğlu, TRD 2-ci sahənin bağbanları Surət Fərzəlibəyli və Emil Əhmədov, TRD 1-ci sahənin bağbanı Habil Hacıyev qələbə münasibətilə təbrik edilmiş, torpaqlarımızın azad olunması üçün göstərdikləri fədakarlığa və şücaətə görə hər birinə minnətdarlıq bildirilmiş və təşəkkür edilmişdir.
İkinci Qarabağ müharibəsi və Xalqımızın haqq işi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq.
Diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Biz də  bir kollektiv olaraq rəhbərlik və Həmkarlar İttifaqı Komitəsinin diqqət və qayğısı ön cəbhədə vuruşan əməkdaşlarımızın ailələrindən əskik olmamışdır. Onlara və ailə üzvlərinə maddi və mənəvi dayaq olmaq hər zaman diqqət mərkəzində olmuşdur.
Ümumxalq bayramımız olan Novruz bayramı münasibətilə İkinci Qarabağ müharibəsinin iştirakçıları olan əməkdaşlarımız təbrik edilmiş və onlara Novruz sovqatları təqdim edilmişdir. 
Vətən Müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağımızın dirçəlişi, xalqımızın rifahı naminə  bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarını bildirirlər. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümüdvarıq ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcək. 
Göstərdikləri diqqət və qayğıya görə Vətən Müharibəsi iştirakçıları cəmiyyətin rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə öz minnətdarlığını bildirmişlər. 
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Ordu, Yaşasın Azərbaycan Xalqı, Qarabağ Azərbaycandır!

tarix : 19.03.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.