ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (20 - 27 aprel 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyi və onun struktur bölmələrinə aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili,  Abşeronneft, Bibiheybətneft, H.Z.Tağıyev, Ə.Əmirov, N.Nərimanov NQÇİ-lərinin inzibati binaları və sahələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Qaz Anbarlarının İstismarı İdarəsinin inzibati binası və onun sahələrində, Dalğıc Xidmətinin inzibati binasında, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Qaradağ İstehsalat Bölümünün  Qaradağ və Puta Neftin Nəqli sahələrində, İxrac İstehsalat Bölümünün inzibati binasında, Abşeron  İstehsalat Bölümünün Sumqayıt, Böyükşor, Suraxanı Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümünün ərazisində, “Neftqaztikinti” trestinin  inzibati binası və onun struktur bölümlərinə aid olan  2, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Astara Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında,  Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Zirə, Suraxanı, Şimal Qaz Paylayıcı Stansiyalarında, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lənkaran Regional Qaz İstismar İdarəsinin Lənkaran, Lerik, Astara, Masallı, Yardımlı Xidmət sahələrində, Avtomatika və Metrologiya Departamentində, Təmir Tikinti İdarəsinin 1 saylı Qəza Təmir Bərpa Xidməti, Ümumi Tikinti, Qaz Kəmərləri Sökülməsi üzrə sahələrində, 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma Xidməti, Sənaye Qaz Sayğaclarının Xidməti, Anbar Təsərrüfatı sahələrində, Layihə Konstruktor Bürosunun inzibati binasında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Nərimanov, Yasamal, Nəsimi, Səbail, Binəqədi, Abşeron, Xəzər, Qaradağ, Sabunçu və  Xətai Texniki İstismar Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Anbar Təsərrüfatı Sahəsində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal, Azəri və Bahar Mədəngeoloji, Kəşfiyyatgeofizika Bölümü və onun Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Təhlükəsizlik İdarəsinin inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1 və 2 saylı Əməliyyat dəstələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron - Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət, Daşgil Sənqəçal Rabitə İstehsalat sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında,  Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında,  xüsusi texnika və nəqliyyat vasitələrində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, “Eko-Park” İnnovasiya Mərkəzində  ümumilikdə 179 498 m2 deratizasiya,  183 303 m2 dezinseksiya və 307 146 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 5000 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 iyun saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.




















tarix : 29.04.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.