ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür.
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Böhranı görmək, ona hazırlıqlı olmaq və reaksiya vermək – Dayanıqlı Təhlükəsizlik Sisteminə İnvestisiya qoyun” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” qeyd edilmişdir. 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinin artırılmasıdır.
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 280 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il yeni mövzuya həsr olunmuş bu günü 2021-ci ildə “Böhranı görmək, ona hazırlıqlı olmaq və reaksiya vermək – Dayanıqlı Təhlükəsizlik Sisteminə İnvestisiya qoyun” devizi  altında  keçirilməsinə  qərar verilmişdir.
"Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilatı, texniki və sanitar-profilaktiki işlər daim diqqət mərkəzində olmuşdur.
QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətini qeyd etmək lazımdır ki, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq lazımdır. “Böhranı görmək, ona hazırlıqlı olmaq və reaksiya vermək – Dayanıqlı Təhlükəsizlik Sisteminə İnvestisiya qoyun”  devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlər haqqında işçilərin məlumatlandırılması maksimum dərəcədə təmin ediləcək. Mövzu ətrafında Koronavirus infeksiya epidemiyasının yaratdığı böhran milli Əməyin Mühafizəsi Sistemində vacibliyini, COVİD-19 infeksiyasının istehsalatda yayılmasının qarşısını alınması məqsədilə Əməyin Mühafizəsi Sisteminə investisiya qoyulması, Beynəlxalq Əməyin Mühafizəsi günü əldə edilmiş təcrübəyə əsaslanaraq Əməyin Mühafizəsi strategiyasının gücləndirilməsi, pandemiya dövründə işin təşkilinin yeni formasına keçid və gələcəkdə problemlərin aradan qaldırılması üçün Əməyin Mühafizəsi Sisteminin yaradılmasına investisiya qoyulmasının əhəmiyyəti haqqında geniş məlumat verilmişdir.
“28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibətilə Əməyin Mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, Tullantı Mərkəzinin növbə rəisi Nurlan Bağırov, TRD-nin 1-ci sahəsinin iş icraçısı Asim Süleymanov, İnzibati Təsərrüfat şöbəsinin rəngsazı Ziya Mehdiyev, Elektromexanika sexinin texnoloji qurğuların təmiri üzrə çilingəri Tural Ağayev, Nəqliyyat sexinin ekskavator maşinisti Telman Ələsgərov, TED-nin 5-ci sahəsinin texnoloji qurğuların operatoru Nazim Qaxyəliyev, TED-nin 4-cü sahəsinin texnoloji qurğuların operatoru Fəxrəddin Cəfərov, TRD-nin 2-ci sahəsinin bağbanı Süleyman Quluzadə, TED-nin 6-cı sahəsinin texnoloji qurğuların operatoru Emil Əliyev, Dezinfeksiya şöbəsinin dezinfektoru Xəyyam Quliyev və “Eko Park” İnnovasiya Mərkəzinin yaşıllaşdırma üzrə fəhləsi Nadir Şərifov QSC rəhbərliyi tərəfindən “Təşəkkürnamə”yə layiq görülmüşlər.
“Təşəkkürnamə” alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.









tarix : 29.04.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.