ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (28 aprel - 05 may, 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

        İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
        SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələrinə aid olan Bibiheybətneft, Ə.Əmirov NQÇİ-lərinin inzibati binaları və sahələrində, Dalğıc xidmətinin 1 saylı istehsalat sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 5 saylı Nəqliyyat idarəsinin sahələrində, Qaz Anbarlarının İstismarı İdarəsinin inzibati binası və onun sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Sabunçu Neftin Nəqli sahəsində, Abşeron  İstehsalat Bölümünün Sumqayıt, Suraxanı Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümünün ərazisində, “Neftqaztikinti” trestinin  inzibati binası və onun strukturuna  aid olan  6 saylı Tikinti Quraşdırma Bölümündə,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölməsi olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Ağdaş  Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında,   Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qaz Paylayıcı Sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Qaradağ Texniki İstehsalat Xidmətində, Zaqatala Regional Qaz İstismar İdarəsinin Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala Xidmət sahələrində, Təmir Tikinti İdarəsinin Sənaye Sayğaclarının 1, 2, 4 saylı Quraşdırma, Ümumi Tikinti, Qəza Təmir Bərpa, Qaz Kəmərləri Sökülməsi üzrə, 3 saylı Təmir Quraşdırma Xidmət sahələrində. Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Sumqayıt, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Xəzər, Sabunçu Texniki İstismar Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümündə, Kəşfiyyatgeofizika Bölümü və onun Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyalarında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, 1 saylı əməliyyat və profilaktika sahəsində,  Sosial İnkişaf İdarəsinin inzibati binasında, Qaz Emalı və Karbamid zavodunun inzibati binalarında, Metanol zavodunun inzibati binasında, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron - Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahəsində, Bakı Ali Neft Məktəbinin inzibati binasında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  Ekologiya İdarəsinin Təmir Tikinti və Texniki Xidmət sahəsində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monotorinq Departamentində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, A-4 sahəsində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, ümumilikdə 194418 m2 deratizasiya, 207346 m2 dezinseksiya və 301507 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yaz mövsümü ilə əlaqədar SOCAR – ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 3000 m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25 - ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 iyun saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.






















tarix : 07.05.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.