ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

9 May – faşizm üzərinə Qələbə Günü -76 il
Bu gün 9 May – Qələbə günüdür. Alman faşizmi üzərində qələbədən 76 il ötür.  Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar bu müharibədə istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişdir. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olmuşdur. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Sovet İttifaqı Qəhrəmanları  öz şücaətləri ilə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilib.  Böyük çətinliklərə baxmayaraq,  neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib,  cəbhəni və sənayeni yanacaqla təmin ediblər.  Neftçilərin fəal əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib. 1941 – ci ildə 23,5 milyon ton  “qara qızıl” çıxarılıb. Bu SSRİ – də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə  müharibə illərində Azərbaycan neftçiləri ölkəyə  75 milyon ton neft, 22  milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Faşizm üzərində Qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.  Odur ki, Qələbə gününün 76-cı il dönümü böyük təntənə ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi tərəfindən qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev müharibə  iştirakçılarının və veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi:  “ Veteranlar bizim qızıl fondumuzdur. Onlar  hər cür qayğı və hörmətə layiqdirlər.  Azərbaycanın bütün ictmaiyyəti,  bütün Azərbaycan xalqı bilməlidir ki İkinci Dünya  müharibəsinin,  Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və mötəbər insanlarımızdır.  Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin, hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının börcudur!”
Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, 44 günlük Vətən Müharibəsində “Dəmir Yumruq” əməliyyatına rəhbərlik edən, Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyev həm birinci, həm ikinci Qarabağ  müharibəsi  iştirakçılarına , qazilərinə, veteranlarına, şəhid ailəllərinə və Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır.  Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar  atır.  Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız, həm Qarabağ müharibəsi iştirakçıları, qaziləri, veteranları  və  həm də  Böyük Vətən Müharibəsi veteranları tərəfindən alqışla qarşılanır.



tarix : 09.05.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.