Müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qudrətinin yüksəlməsi istiqamətində və həyatımızın bütün sahələrində görülən işlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin siyasi fəaliyyətinin əsas missiyası Azərbaycanı bəlalardan xilas etmək, dövlətçiliyimizin qorunub saxlanmasından, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasətindən və ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərindən ibarət olmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir və bu uğurlu siyasətin nəticəsində Azərbaycan, regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.
Nə qədər ki, Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.