Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Ramazan bayramı böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
|
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən dövlət səviyyəsində qeyd olunmaqla başlanmışdır.
Ramazan ayı dinimizdə ən fəzilətli və müqəddəs bir aydır. Bu ay insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözü açıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar oruc tutmaqla ifadə olunur. Bütün müsəlman dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından biri olan 11 ayın sultanı Ramazan ayı başa çatır. May ayının 13-ü və 14-ü Ramazan bayramı dünya müsəlmanları və müstəqil ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Bu müqəddəs bayram münasibətilə 08 may 2021-ci tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və bütün xidmət sahələrində Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin bütün qaydalarına əməl etməklə fərdi qaydada oruc tutan işçilər təbrik edilmiş və onlara bayram sovqatları paylanmışdır. Hər bir oruc tutan işçi onlara göstərilən diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Bütün oruc tutan insanların etdikləri niyyətlər, dualar və ibadətlər Uca Allah tərəfindən qəbul edilsin.
tarix : 13.05.2021
|
|
|
|
|
|
|