ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (06 may – 18 may 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin anbarlarında, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili sahəsində, H.Z.Tağıyev, Ə.Əmirov NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 2 saylı Nəqliyyat İdarəsində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında,  Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Qaradağ İstehsalat Bölümünün Daşgil, Puta, Qaradağ Neftin Nəqli  və Anbar Təsərrüfatı sahələrində, Abşeron İstehsalat Bölümünün Sabunçu, Sumqayıt, Böyükşor Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan 2, 5 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Ağdaş Magistral Qaz Kəmərlərinin Qaz Paylayıcı Stansiyasında, Abşeron Magistral Qaz Kəmərlərinin 30-cu sahə, Buzovna, Şimal, Zirə, Dübəndi, Yeni Zabrat, Xalçaçılıq, Zabrat-1, Böyük Şor, Xırdalan, Buzovna, Digah Qaz Paylayıcı Stansiyalarında, Nərimanov Qaz Tənzimləyici Stansiyasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Sənaye Qaz Sayğaclarının  Xidmət Mərkəzində, Təmir Tikinti İdarəsinin 1, 3 və 4 saylı Quraşdırma, 1 saylı Qəza  Bərpa Xidməti sahələrində, Texniki Nəzarət şöbəsində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi, 1 və 4 saylı Təmir Quraşdırma Xidmət, Anbar Təsərrüfatı sahələrində, Layihə Konstruktor Bürosunda, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Satış və Metrologiya Departamentinin inzibati binasında, Qaradağ, Sumqayıt, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Səbayıl, Abşeron, Xəzər, Xətai, Sabunçu Texniki İstismar Xidmət sahələrində, Ağsu Regional Qaz İstismar Departamentinin Göyçay, Ucar Xidmət sahələrində, Tərtər Regional Qaz İstismar Departamentinin Zərdab, Yevlax Xidmət sahələrində, Gəncə Regional Qaz İstismar Departamentinin Goranboy Xidmət sahəsində, Ümid-Babək Əməliyyat Şirkətinin anbarında,  Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümünün 1 və 2 saylı anbarlarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünun Sənqəçal sahəsində, Bahar Mədən Geoloji Ekspedisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Təhlükəsizlik və Sosial İnkişaf İdarələrinin inzibati binalarında,  Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölüməsi olan 2 saylı Əməliyyat dəstəsində, Qaz Emalı, Karbamid və Metanol zavodlarının inzibati binalarında, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Sənqəçal Rabitə İnformasiya sahəsində, Qobusatan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  Ekologiya İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Təmir Tikinti və Texniki Xidmət sahəsində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monitorinq, Ölçmə və Tullantıların İdarəolunması Departamentilərində,  H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun sahələrində, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində, Bakı Olimpiya Stadionun ərazisində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, A-4 sahəsində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, ümumilikdə 305 785 m2  deratizasiya, 265 212 mdezinseksiya və 396 141 msahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yaz mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 10 610 msahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 iyun saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.





























tarix : 19.05.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.