ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC - də 5 iyun – “Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.
XX əsrdə planetimizdə ekoloji problemlər kəskin olaraq artmağa başlamış və qlobal bir səviyyəyə gəlib çatmışdır. Belə bir şəraitdə əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi həlli vacib bir məsələyə çevrilmişdir. Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında  ətraf mühit məsələləri diqqət mərkəzində olmuş və problemin aktuallığı nəzərə alınaraq 5 iyun – “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilmişdir. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” ilə bağlı hər il Respublikamızın müəssisə və təşkilatlarında o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC – də iməciliklər, ağacəkmə aksiyaları, abadlıq işləri, digər ekoloji maarifləndirmə tədbirləri, təqdimatlar keçirilir və əhalinin diqqəti bu həyati əhəmiyyətli problemlərə cəlb edilir. 
“Ekol Mühəndislik Xidmətləri” QSC-də bu münasibətlə hər il olduğu kimi bu il də bir sıra tədbirlər həyata keçirmişdir. İlk növbədə 04.06.2021-ci il tarixdə QSC-nin xidmət göstərdiyi sahələrdə 5 iyun – “Ümumdünya Ətraf Mühit Günü” nə həsr olunmuş iməciliklər təşkil edilmiş, sahələrdə xeyli təmizlik, suvarma və abadlıq işləri yerinə yetirilmiş, ağacların dibləri boşaldılmış, budama işləri aparılmış, yaşıllıqlara qulluq göstərilmiş və tullantılar ərazilərdən kənarlaşdırılmışdır. Keçirilən iməcilik eyni zamanda əmək kollektivinin və ətrafda yaşayan sakinlərin diqqətini ekoloji problemlərə yönəldilməsi məqsədini daşımışdır. 
İməcilikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün kollektiv üzvləri iştirak etmişdir. Bu iməciliyin keçirilməsində əsas məqsəd  ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət etmişdir.
Tədbirin davamı olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və SOCAR-ın Ekologiya  İdarəsinin  əməkdaşları  ilə  birlikdə  “Eko-Park”  İnnovasiya  Mərkəzində
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”nə həsr edilmiş sərgidə iştirak etdilər,  sonra iməcilik keçirildi. Tədbir sonu iştirakçılar İnnovasiya Mərkəzində görülən işlərlə yaxından tanış olmuşlar.
Daha Sonra  5 iyun – “Ümumdünya Ətraf Mühit  Günü” münasibətilə “Ətraf mühitin mühafizəsində rəqəmsallaşma” mövzusunda vebinar formatda təqdimat keçirilmişdir. Təqdimatda SOCAR-ın strukturuna aid olan təşkilatların 50-dən çox əməkdaşları və o cümlədən “Ekol Mühəndislik Xidmətləri”QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov iştirak etmişlər. Vebinar formatda keçirilən mövzunun təqdimatı haqqında SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşı  Pərvanə  Babayeva  ətraflı     məlumat  vermişdir.
5 iyun – “Ümumdünya Ətraf Mühit  Günü”  münasibəti ilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi tərəfindən EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasının  kimyaçısı Rəhimova Təranə İsmət qızı, TED-nin 5-ci sahəsinin texnoloji qurğuların operatoru Aslanov Ocaqverdi Nüsrət oğlu, TRD-nin 1-ci sahəsinin  bağbanı Ağaxanov Ruslan Vahid oğlu, TRD-nin 2-ci sahəsinin bağbanı Quliyev Vəli İsmayıl oğlu, Tullantı Mərkəzinin  yükdaşıyanı Əbülhəsənov Elmin Söhbət oğlu, “Eko - Park” İnnovasiya Mərkəzinin yaşıllaşdırma üzrə fəhləsi Heydərov Mirzə Novruz oğlu, Dezinfeksiya şöbəsinin həkim entimoloqu İsmayılov Sultan Tağı oğlu, İnzibati təsərrüfat şöbəsinin bağbanı Sadıqov Elnur Əli oğlu, Elektromexanika sexinin qazanxana operatoru Qaçayev Siracəddin Ağakərimoviç, Nəqliyyat sexinin istehsalat üzrə mühəndisi Kazımov Abbas Nazim oğlu  Fəxri Fərmana layiq görülmüşlər. Fəxri Fərman alan işçilər onların əməyinə verilən diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.





































tarix : 04.06.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.