ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçiriləcək xarici auditin açılışı keçirilir.
10 iyun 2021-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin bütün struktur bölmələri üzrə keçiriləcək xarici auditdə Baş auditor Xatirə Salahova, TSİ-nun Azərbaycandakı təmsilçiləri Gülhan Arzu Yüzereroğlu və Namiq Həsənov iştirak edirlər. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev xarici auditor təmsilçisi Xatirə Salahova ilə görüşmüş, onu səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə ətraflı məlumat vermişdir. Audit zamanı Cəmiyyətimizin 2012-ci ildə qəbul etdiyi OHSAS 18001:2014 “Əməyin mühafizəsi və təhlükəsizliyi” Beynəlxalq Standartının yeni 45001:2018 versiyası ilə əvəz ediləcəyi və  İSO 45001:2018 “Əməyin mühafizəsi və təhlükəsizliyi” Beynəlxalq Standartı yüksək səviyyəli quruluşa malik olmaqla İSO 9001-2015 və İSO 14001-2015 Standartlarına uyğunluğu haqqında məlumat verilmişdir ki, bu da digər İnteqrə Etmə Sistemlərinə asanlıqla inteqrasiyanı təmin edir.

Daha sonra auditorlar auditin məqsədini açıqlayaraq İSO 45001:2018 yeni versiya sertifikatının alınması və İSO 14001-2015 Beynəlxalq Standartının təsdiqlənməsindən ibarət olduğunu bildirmişlər. Auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şəraitin yaradılacağı diqqətə çatdırılmışdır. 
Xarici audit QSC-nin struktur bölmələri əhatə olunmaqla iyun ayının  10-11 və 16-18 tarixlərində  keçirilməsi nəzərdə tutulmuşdur.












tarix : 11.06.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.