İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan “Bibiheybətneft”, “Siyəzənneft” NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 1 və 2 saylı Nəqliyyat İdarələrinin sahələrində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Siyəzən, Dübəndi və İxrac İstehsalat Bölümlərində, Qaradağ İstehsalat Bölümünün Daşgil Neftin Nəqli və Anbar Təsərrüfatı sahələrində, Abşeron İstehsalat Bölümünün Böyükşor, Sumqayıt Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 5 saylı Tikinti Quraşdırma Bölümündə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərlərinin Şimal, Türkan-1 və 2, Zeytun, Nardaran, Maştağa-2, Mərdəkan bağları, Qum Adası, Böyükşor, Yeni Suraxanı, Qaraçuxur Qaz Paylayıcı Stansiyalarında, Ramana, Nərimanov Qaz Tənzimləyici Məntəqələrində, Hövsan, Xaşaxuna Qaz Xidmətlərində, Siyəzən Magistral Qaz Kəmərlərinin sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Metrologiya Departamentinin inzibati binasında, Texniki Nəzarət şöbəsində, Təmir Tikinti İdarəsinin Ümumi Tikinti, 1 və 4 saylı Təmir Quraşdırma, Qaz Kəmərlərinin Sökülməsi üzrə, Sənaye Qaz Sayğaclarının Xidmət, 1 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar Təsərrüfatı sahəsində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ, Xəzər, Sabunçu, Sumqayıt Texniki İstismar Xidmət sahələrində, Xaçmaz Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Xaçmaz, Şabran, Quba, Qusar, Siyəzən Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümünün 1 və 2 saylı anbarlarında, Siyəzən İstehsalat Bölümündə, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərinin inzibati binalarında, Təmir və Texniki xidmət sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində və “Bahar” Mədən Geoloji Ekspredisiyasında, Kəşfiyyat Geofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, Metanol və Karbamid zavodlarının inzibati binalarında, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil-Sənqəçal Rabitə İstehsalat sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun sahələrində, Bakı Olimpiya Stadionun ərazisində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, A-4 sahəsində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində və “Eko-Park” İnnovasiya Mərkəzində, ümumilikdə 269 399 m2 deratizasiya, 301 766 m2 dezinseksiya və 355 873 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yaz mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 18 360 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.