ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 26 iyun - “Silahlı Qüvvələr günü” nü qürur hissi ilə qarşılayırlar.
Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi nizami ordu quruculuğunun sürətlə inkişafı və təkmilləşdirilməsi, müdafiə qüdrətimizin artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirməyə başlandı. 1991 -ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il may ayının 22-də isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun - “Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” elan olundu. Hər il bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu, milli ordumuzun regionda qüdrətli bir orduya çevrilməsi göz önündədir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin səyi nəticəsində Milli Ordumuzun günü-gündən güclənməsi və bütün Qafqazda qüdrətli bir orduya çevrilməsindən qürur hissi duyuruq. 
Nəticə olaraq bütün Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğalçı ölkə olan Ermənistanın ordusunu darmadağın edərək ərazi bütövlüyümüzü gerçəkləşdirdi. Beləliklə 27 Sentyabr 2020-ci ildə “Dəmir yumruq” əməliyyatı ilə başlayan əks-həmlə ikinci Qarabağ Vətən Müharibəsi Silahlı Qüvvələrimizin şanlı qələbəsi ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edərək, böyük zəfərə imza atdı.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin, Azərbaycanın Mədəniyyət paytaxtının xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.    
Daha sonra 20.11.2020-ci ildə Ağdam rayonu, 25.11.2020-ci ildə Kəlbəcər rayonu və nəhayət 01.12.2020-ci il tarixində Laçın rayonu işğaldan azad edilərək Azərbaycana təhvil verildi.
Azərbaycan Silahlı Qüvvələri əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qudrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikaların alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir”. 
Azərbaycan xalqını və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivini 26 iyun – “Silahlı Qüvvələr günü” münasibətilə təbrik edirik, xalqımıza sülh, əmin-amanlıq və Ordumuza qələbə dolu sevincli günlər arzulayırıq. 

tarix : 26.06.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.