ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (22 iyun - 29 iyun 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin anbarlarında, Qaz Anbarları İstismarı İdarəsinin Qalmaz Kompressor, Qalmaz Qaz Saxlama sahələrində, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili sahəsində, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, Ə.Əmirov NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 2 və 5 saylı Nəqliyyat İdarələrinin sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan İxrac İstehsalat Bölümünün inzibati binasında, Qaradağ İstehsalat Bölümünün Şirvan Neftin Nəqli sahəsində, Abşeron  İstehsalat Bölümünün Sabunçu, Böyükşor Neftin Təhvili sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində,  Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Abşeron Magistral Qaz Kəmərlərinin Novxanı, Mehdiabad, Masazır, Albalı Qaz Paylayıcı Stansiyalarında, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Hacıqabul Magistral Qaz Kəmərlərinin Düvannı, Yeni Qobustan Qaz Paylayıcı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Təmir Tikinti İdarəsinin 2 və 4 saylı Təmir Quraşdırma, Qaz Kəmərlərinin Sökülməsi, Qəza Təmir Bərpa Xidməti, Anbar Təsərrüfatı sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ, Nərimanov, Binəqədi, Abşeron, Yasamal, Nəsimi, Sumqayıt, Suraxanı, Səbayıl, Sabunçu Texniki İstismar Xidmət sahələrində, Layihə Konstruktor Bürosunda, Hacıqabul Regional Qaz İstismar Departamentinin Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümünün 2 saylı anbarında, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Təmir Tikinti və Texniki Xidmət sahəsində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün “Bahar” Mühəndis, Sənqəçal  Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Kəşfiyyat Geofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Təhlükəsizlik İdarəsinin, Sosial İnkişaf İdarəsinin inzibati binalarında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Əməliyyat dəstəsində, Qaz Emalı, Karbamid zavodlarının inzibati binalarında, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qala sahəsində, Daşgil-Sənqəçal Rabitə İstehsalat sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ İdman Komleksində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində və “Eko-Park” İnnovasiya Mərkəzində, ümumilikdə 64 082 m2 deratizasiya, 140 151 m2 dezinseksiya və 254 596 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 15 175 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 avqust saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























 

tarix : 01.07.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.