AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 140-dan artıq üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.
Müasir konsaltinq şirkəti olaraq, AHK Azərbaycan bazar və müştəri-yönümlü xidmətləri vasitəsilə Alman və Azərbaycan şirkətlərinin bazar üzrə maraqlarını dəstəkləyir.
“Ekol Mühəndislik Xidmətləri” QSC AHK Azərbaycan üzvü olaraq təşkil olunan tədbirlərdə mütəmadi olaraq iştirak etməklə Alman-Azərbaycan şirkətləri ilə sıx iqtisadi əlaqələr qurur və mövcud iqtisadi inkişafa uyğunlaşmaq üçün mükəmməl imkanlar əldə edir.
Qarşılıqlı əməkdaşlığa və AHK üzvləri şəbəkəsində fəal iştiraka görə “Ekol Mühəndislik Xidmətləri” QSC 2021-ci il üçün üzvlük sertifikatına layiq görülmüşdür.