ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində da
Karantin günlərində  (30 iyun – 7 iyul 2021)  Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin anbarlarında, Qaz Anbarları İstismarı İdarəsinin sahələrində,  “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili sahəsində, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov  NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 2 saylı Nəqliyyat İdarəsinin sahəsində, Dalğıc Qəza xidmətinin 1 saylı istehsalat sahəsində,  “Neftçi İdman Klubu” İctimai Birliyi İdarəetmə “Qaradağ” Təlim İdman Bazasında, Neft Kəmərləri İdarəsinin və onun  struktur bölməsi olan İxrac İstehsalat Bölümünün inzibati binalarında, Qaradağ İstehsalat Bölümünün Daşgil, Puta, Sabunçu, Suraxanı, Dübəndi Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatının Səngəçal və Neft zavodunun sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan  2, 5, 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Abşeron Magistral Qaz Kəmərlərinin Zabrat-2, 30-cu sahə Qaz paylayıcı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin və onun struktur bölmələri olan Metrologiya, Bakı Regional Qaz Satış və Qaz İstismar Departamentlərinin inzibati binalarında, Təmir Tikinti İdarəsinin Ümumi Tikinti sahəsi və  2, 3, 4 saylı Təmir Quraşdırma, Qaz Kəmərlərinin Sökülməsi, Qəza Təmir Bərpa Xidməti və Anbar Təsərrüfatı sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin Qaradağ, Nərimanov, Binəqədi, Abşeron, Yasamal, Nəsimi, Sumqayıt, Suraxanı, Xəzər, Xətai, Sabunçu Texniki İstismar Xidmət sahələrində və Texniki Nəzarət şöbəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümünün 1 və 2  saylı anbarlarında, “Ümid-Babək” əməliyyat Şirkətinin Mərkəzi Anbarında,  Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Təmir Tikinti və Texniki Xidmət sahələrində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika  və Kompleks Mühəndis Axtarış İstehsalat Bölümlərində, Kəşfiyyat Geofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya və “Bahar” Mədən Geoloji Ekspredisiylarında, Təhlükəsizlik İdarəsinin İnzibati binasında, Neftelmitədqiqatlayihə institunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Sosial İnkişaf İdarəsinin inzibati binasının anbar təsərrüfatı sahəsində, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Əməliyyat dəstəsi və Qum adası sahəsində, Metanol, Qaz Emalı, Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron-Qala informasiya, Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların İdarə Olunması Mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi),  ümumilikdə 199 950 m2  deratizasiya, 237 722 m2 dezinseksiya və 362 088 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində  5 300 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 avqust saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.



















tarix : 12.07.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.