ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümünə uyğun işlər davam etdirilir.
Yay mövsümü ilə əlaqədar respublikamızın bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində  mövsümü işlər geniş vüsət almışdır. "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yay  mövsümünə  uyğun  işlərin icrasına başlanmış və hal-hazırda davam etdirilir. Bununla əlaqədar olaraq, QSC-nin “Eko park” İnnovasiya Mərkəzində,  xidmət göstərdiyimiz SOCAR-ın  Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi mərkəzində və Torpaqların Rekultivasiyası Departamentinin 1-ci ("Abşeronneft" və H.Z. Tağıyev adına  NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri) və 2-ci ( SOCAR-ın Qaz Emalı Zavodunun  ərazisi və “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri) sahələrində  məqsədyönlü  aqrotexniki  tədbirlər  həyata  keçirilir.

Yay mövsümü ilə əlaqədar yaşıllıq sahələrində ağacların diblərinin boşaldılması, suvarılması işləri və gübrələrlə təmin edilməsi, həmçinin yaşıllıq sahələrində bərpa işlərinin aparılması istiqamətində zəruri tədbirlər görülür. Bu məqsədlə  “Eko-Park” İnnovasiya Mərkəzində bitkilərin toxum, çiling və calaq  vasitəsi ilə çoxaldılması və növbəti mərhələyə qablaşdırılması üçün istixanalardan, 2 ha ərazidə yerləşən və açıq hava şəraitində bitkilərin mövsümə uyğun əkilib-becərilməsi üçün fidanlıqda böyük əhəmiyyət kəsb edən işlər yerinə yetirilir. Eyni zamanda SOCAR-ın strukturuna daxil olan idarə, təşkilat və birgə müəssisələrin ərazilərində yaşıllıqların salınması üçün müxtəlif növ ağacların, bitkilərin, gül və bəzək kollarının yetişdirilməsi işləri yerinə yetirilir. 
Hazırda TRD SOCAR-ın   Qaz  Emalı  Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində 64 min 499 ədəd, “Abşeronneft” NQÇİ-nin olunmuş mədən ərazilərində (Pirallahı) 40 min 039 ədəd, H.Z. Tağıyev adına  NQÇİ-nin reabilitasiya  olunmuş mədən ərazilərində (Qala) 4 min 510 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif  növ ağac və bəzək kollarına  yay mövsümü ilə əlaqədar aqrotexniki xidmətlər göstərilir.
Yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin edilir. Əlavə olaraq quruyan ağacların yenisi ilə əvəz edilməsi işləri davam etdirilir.
Beləliklə TRD-nin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 32,69 ha sahədə 120 min 925 ədəd müxtəlif növ ağac, bəzək kolları və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi zamanı COVİD-19 pandemiyası ilə əlaqədar qoruyucu vasitələr, əlcək,  sosial məsafəyə riayət etməklə işləri yüksək səviyyədə yerinə yetirirlər.
QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin  xidmət göstərdiyi yaşıllıq sahələrində  yay mövsümi işlərinin  aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə  yetirilməsi  istiqamətində   zəruri tədbirlər davam etdirilir.


















tarix : 14.07.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.