ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (8 iyul – 15 iyul 2021)  Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Səngəçal bazasında, Qaz Anbarları İstismarı İdarəsinin sahələrində,  Ə.Əmirov , H.Z.Tağıyev NQÇİ-nin inzibati bina və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, 1 saylı Texnolji Nəqliyyat Departamentində, 2 saylı Nəqliyyat idarəsində,  Dalğıc Qəza xidmətinin inzibati binası və 1 saylı sahəsində,  Neft Kəmərləri İdarəsi və onun  struktur bölməsi olan İxrac İstehsalat Bölümünün inzibati binalarında, Abşeron İstehsalat Bölümünün inzibati binası və Böyükşor Neftin Təhvili sahəsində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan  6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölməsi olan Etilen - Polietilen zavodunda, Təmir Tikinti İdarəsinin sex və sahələrində, Qaz İxracı İdarəsi və onun struktur bölmələri olan  Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Yeni Zabrat Xalçaçılıq, Zabrat 1  Qaz Paylayıcı Stansiyalarında və N. Nərimanov adına Qaz Tənzimləyici Məntəqəsində, Azəriqaz İstehsalat Birliyinin və onun struktur bölmələri olan Bakı Regional Qaz Satış və  Sənaye Qaz sayğaclarının Xidmət Mərkəzində, 1, 3 saylı Tikinti Quraşdırma və 1 saylı Qəza Bərpa Xidməti sahələrində,  Təmir Tikinti İdarəsinin inzibati binası və Ümumi Tikinti, Qaz Kəmərlərinin sökülməsi,  2 və 3 saylı Təmir Quraşdırma, 2 saylı Qəza Təmir Bərpa Xidməti və Anbar Təsərrüfatı sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin Qaradağ, Səbayıl, Nərimanov, Binəqədi, Abşeron, Yasamal, Nəsimi, Sabunçu, Suraxanı Texniki İstismar sahələrində,  Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 saylı Anbar Təsərrüfatında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Təmir Tikinti və Texniki Xidmət sahələrində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika  İstehsalat Bölümünün Səngəçal sahəsində, Neftelmitədqiqatlayihə institunun inzibati binasında, Sosial İnkişaf İdarəsinin inzibati binasının Anbar Təsərrüfatı sahəsində, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Əməliyyat dəstəsində, Metanol, Qaz Emalı, Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Qala, Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Olimpiya stadionunda,  H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun izibati binası və sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Ekoloji Monitorinq Departamentində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı Zavodunun əraziləri) sahələrində  ümumilikdə 208 874 m2  deratizasiya, 244 734 m2  dezinseksiya və 327 402 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 5 000 m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 avqust saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.







































tarix : 17.07.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.