ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (27 iyul – 3 avqust 2021)  Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsində, H.Z.Tağıyev, “Abşeronneft” adına NQÇİ-lərdə, N.Nərimanov adına NQÇİ-inin Kompressor sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəninin sex və sahələrində, 28 May NQÇİ-nin Zirə, Hövsan Qazın tam hazırlanması və təhvil verilməsi, Elektrik avadanlıqları təmiri, Elmi tədqiqat və istehsalat işləri, Neftin Kompleks hazırlanması və Nəqli,  İstehsalat Proseslərinin Avtomatlaşdırılması  və Nəzarət Ölçü Cihazları, Dəniz Neft Məhsullarının Hazırlanması , Quyuların Əsaslı və Yeraltı Təmiri sahələrində, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı və İstehsalat xidməti bazalarında,Anbar Təsərrüfatında, Qaz Anbarları İstismarı İdarəsinin Mərkəzi Aparatında və Qaradağ Qazsazlama və Qaz Kompressor sahəsində, Quyuların Əsaslı və Yeraltı təmiri,  Elektrik Təchizatı və Elektrik avadanlıqlarının  təmiri, İstehsalat proseslərinin Avtomatlaşdırılması və Nəzarət ölçü cihazları  sahələrində,  Dalğıc xidmətinin 1 saylı Pirallahı məntəqəsində,  Neft Kəmərləri İdarəsinin inzibati binası və onun  struktur bölmələri olan Qaradağ İstehsalat bölümünün Puta, Daşgil, Səngəçal Neftin Nəqli, Neft Zavodu sahələrində, Anbar Təsərrüfatında, Abşeron İstehsalat Birliyinin Suraxanı, Sabunçu Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan  5, 6, Tikinti Quraşdırma Bölümlərində, 6 saylı Təmir Quraşdırma Bölümü 2 – Əzimkənd sahəsində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölməsi olan Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsi və onun struktur bölmələri olan  Abşeron, Əhmədli, Zığ Qaz Xidməti, Türkan-1, 2, Zirə-3, Hövsan, Dübəndi, Xaşaxuna, Mərdəkan bağları, Şimal Dress, Buzovna, Lökbatan, Şıxov  Qaz Paylayıcı sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Layihə Konsturuktor Bürosu, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binalarında, N.Nərimanov Yasamal, Nəsimi, Binəqədi, Abşeron Texniki İstismar Xidməti sahələrində, Təmir Tikinti İdarəsinin 3 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Texniki Nəzarət şöbəsində,  2 və 4 saylı Təmir Quraşdırma, Ümumi Tikinti və Qaz kəmərlərinin sökülməsi sahələrində, Metrologiya Departamentində, Qaradağ, Xətai, Sabunçu, Xəzər, Xətai Texniki İstismar sahələrində,  Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 2 saylı Anbar Təsərrüfatında, Qazsazlama Servis İstehlak Bölümündə, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Təmir Texniki Xidmət sahələrində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, “Neftqazelmitədqiqatlayihə” institutunda, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan  Mədən Geofizika İstesalat Bölümünün Bahar, Səngəçal Şirvan Mədən Geofiziki Ekspredisiyalarında, Kəşfiyyatgeofizika istehsalat bölümü  Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında və Kompleks Mühəndis Axtarış  İstehsalat Bölümlərində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binası və onun struktur bölməsi olan  2 saylı Əməliyyat dəstəsində, Qaz Emalı, Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil Səngəçal Rabitə İnformasiya, Qobustan Avtomatlaşdırılmış Texnika, Abşeron-Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidməti sahələrində, Xırdalan, Müşfiqabad, Ceyranbatan, Sumqayıt, Digah, Mehdiabad, Novxanı, Masazır, Yaşma, Abşeron Modul, Xocahəsən Qaz Paylayıcı sahələrində,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, “Eko-Park İnnovasiya” mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 221 958 m2  deratizasiya, 189 656 m2  dezinseksiya və 295 673 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində  4500  m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
























 

tarix : 05.08.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.