ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (4 avqust –  9 avqust 2021)  Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Neft Daşları NQÇİ-nin sahələrində, 1 və 2 saylı Nəqliyyat İdarəsinin inzibati binalarında, Maddi Texniki Təchizat İdarəsində, Ə.Əmirov, H.Z.Tağıyev, “Abşeronneft” adına NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-inin Qaz Kompressor sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəninin sex və sahələrində, 28 May NQÇİ-nin Qazın tam hazırlanması və təhvil verilməsi, Elektrik təchizatı və Elektrik avadanlıqları, Elmi tədqiqat və istehsalat işləri sahələrində, İstehsalat Proseslərinin Avtomatlaşdırılması, Dəniz Neft mədən hidrotexniki qurğularının İstismar avadanlıqlarının təmiri, Quyuların Əsaslı və Yeraltı Təmiri sahələrində, İstehsalat xidmət bazasında, Dalğıc xidmətinin Pirallahı sahəsində,  Neft Kəmərləri İdarəsinin  inzibati binası və onun  struktur bölmələri olan Abşeron İstehsalat bölümünün Suraxanı, Sumqayıt, Puta Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümündə, İxrac İstehsalat Bölümünün inzibati binasında, Bakı Ali Neft Məktəbində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan  5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, 7 saylı Təmir Quraşdırma sahəsində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölməsi olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsi və onun struktur bölməsi olan  Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Novxanı, Digah, Mehdiabad Qaz Paylayıcı sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, Təmir Tikinti İdarəsinin 1 və 2 saylı Təmir Quraşdırma və 1 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Texniki Nəzarət şöbəsində, Metrologiya Departamentində, Qaradağ, Suraxanı Təmir İstismar Xidməti, Sumqayıt Qaz İstismar sahələrində, Sənaye Qazsayğaclarının xidmət mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 saylı Anbar Təsərrüfatında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan  Mədən Geofizika İstehsalat Bölümünün Bahar Mədən Geofiziki, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında və Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatı Bölümündə, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binaları və onun struktur bölməsi olan  2 saylı Əməliyyat dəstəsində, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun 1-ci sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron-Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidməti sahəsində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Olunması Mərkəzində,  “Eko-Park İnnovasiya” mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 262 236 m2  deratizasiya, 223 471 m2  dezinseksiya və 309 575 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid  olan  idarə  və  müəssisələrin  ərazilərində 10 000  m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.




















 

tarix : 10.08.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.