ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin strukturunda “Eko-Park” İnnovasiya Mərkəzi yaradılmışdır.
30 dekabr 2020-ci ildə “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin strukturuna dəyişiklik edilərək  “Eko-Park” İnnovasiya Mərkəzi yaradılmışdır.

“Eko-Park” İnnovasiya Mərkəzinin yaradılmasında əsas məqsəd SOCAR-ın strukturuna daxil olan idarə, təşkilat və birgə müəssisələrin ərazisində yaşıllıqların salınması üçün müxtəlif növ ağacların, bitkilərin, gül və bəzək kollarının yetişdirilməsindən ibarətdir.
32,37 ha əraziyə malik olan İnnovasiya Mərkəzinin əsas fəaliyyət sahələri hər birinin gücü 10 kv/saat külək turbinləri və ümumi gücü 35 kv/saat olan günəş panellərindən ibarət olan alternativ enerji mənbəyi olmaqla 500 m2  ərazini əhatə edən müasir tələblərə cavab verən şitillərin böyüdülməsi və adaptasiyası bölmələrinin fəaliyyəti mövcuddur. Bundan başqa Mərkəzdə suvarma işləri ənənəvi olaraq damcı və püskürtmə üsulları ilə yerinə yetirilir.
Bitkilərin toxum, çiling və calaq vasitəsi ilə çoxaldılması və növbəti mərhələyə qablaşdırılması üçün istixanalardan, 2 ha ərazidə yerləşən və açıq hava şəraitində bitkilərin mövsümə uyğun əkilib-becərilməsi üçün fidanlıqda böyük əhəmiyyət kəsb edən işlər yerinə yetirilir.
Ətraf mühitin mühafizəsinə diqqətin artırılması və ekoloji layihələrin aşılanması üçün maarifləndirmə sahəsi fəaliyyət göstərir.
“Eko-Park” İnnovasiya Mərkəzində SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə “Azərbaycanın yanacaq istehlak sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA), BP Exploration şirkəti, “Yaşıl Səngəçal” və SOCAR-ın idarə və müəssisələri ilə birlikdə böyük layihələr həyata keçirilib və bu kimi layihələrin keçirilməsi planlaşdırılır.
Mərkəzdə görülən işlərlə  yanaşı  Abşeron  iqliminə uyğun gələn müxtəlif növ ağac bitkiləri, eyni  zamanda  müxtəlif növ otaq  gülləri və bütün hava şəraitinə tab gətirən hər mövsümə uyğun  yaşıllıq üçün bitkilər yetişdirilərək istifadəyə verilir.
Bütün görülən bu işlərlə yanaşı  İnnovasiya Mərkəzində yaradılmış Eko Mərkəzdə Azərbaycan etnoqrafiyası, təsviri sənəti, filateliyası, dekorativ tətbiqi sənəd nümunələri və sair işlərlə tanış olmaq olar.



















tarix : 12.08.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.