ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (18 avqust - 25 avqust 2021) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 və 2 saylı Nəqliyyat İdarələrinin inzibati binalarında, Çilov adasındakı sahələrində, “Bibiheybətneft”, “Abşeronneft”, Ə.Əmirov adına NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin Qaz Kompressor sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəninin sex və sahələrində, “28 May” NQÇİ-nin inzibati binasında, yataqxanalarında, uşaq bağçasında, Qazın Tam Hazırlanması və Təhvili (Hövsan), Dalğıc xidmətinin Pirallahı sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Qaradağ İstehsalat Bölümünün Puta və Daşgil Neftin Nəqli sahələrində, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli, Anbar Təsərrüfatı Bölümünün 1 saylı sahələrində,  Dalğıc xidmətinin inzibati binasında,  “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna  aid olan  5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentinin inzibati binasında, Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Çilov, Qaradağ, Türkan 1 və 2, Buzovna, Dübəndi, Zirə, Hövsan, Şimal, Qaraçuxur, Suraxanı, N.Nərimanov, Nardaran, Maştağa, Mərdəkan bağları Qaz Paylayıcı sahələrində, Ramana Qaz Tənzimləyici Məntəqəsində, Suraxanı OYL Opereysin Kompani SA şirkətinin sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Layihə Konstruktor Bürosu və Bakı Regional Qaz Satış Departamentinin inzibati binasında,  Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Abşeron, Suraxanı, Sabunçu, Qaradağ Texniki İstismar Xidmətlərində, Sumqayıt Qaz İstismar sahəsində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1 və 2 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar Təsərrüfatı sahəsində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahələrdə, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 saylı Anbar Təsərrüfatında, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Təmir Tikinti və Texniki Xidmət sahələrində, Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Ölçmə Məntəqəsində, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan  Mədən Geofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Sosial İnkişaf, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Çilov, Qala sahələrində, “Neftçi İdman Klubu” İctimai Birliyi İdarəetmə Aparatının Məşəl İdman Kompleksində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, SOCAR-ın xidmət göstərdiyimiz Ekologiya İdarəsinin Tullantıların İdarə Olunması Mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 224 700 m2  deratizasiya, 265 338 m2  dezinseksiya və 402 646 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid  olan  idarə  və  müəssisələrin  ərazilərində 11 800  m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.






















tarix : 27.08.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.