ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində da
Karantin günlərində  (14 sentyabr - 21 sentyabr 2021) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı bazasında,  “Bibiheybətneft”, “28 May”, H.Z.Tağıyev, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəninin sex və sahələrində, Qaz Anbarlarının İstismarı İdarəsinin inzibati binası və sahələrində, Anbar Təsərrüfatında, Qaradağ Kompressor və Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar Avadanlıqlarının Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Dalğıc xidmətinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Sabunçu, Suraxanı Neftin Nəqli sahələrində, İxrac İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt, Böyükşor Neftin Nəqli sahəsində, Qaradağ İstehsalat Bölümünün Puta, Böyükşor, Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatında, “Neftqaztikinti” trestinin  inzibati binasında, onun strukturuna aid olan Tikinti Quraşdırma Bölümündə, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Nərimanov Qaz Təmir Mərkəzində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentinin inzibati binasında, Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Böyükşor, Zabrat 1 və 2, Yeni Zabrat Xalçaçılıq, Çilov, Suraxanı, Qaraçuxur Qaz Paylayıcı sahələrində, Ramana Qaz Tənzimləyici Məntəqəsində, Hövsan Qəza Xidmətində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Avtomatika və Metrologiya Departamentinin, Bakı Regional Qaz Satış Departamentinin, Bakı Regional Qaz Ölçü Qurğularının Xidmət Departamentinin inzibati binalarında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Xətai, Sumqayıt, Nizami, Yasamal, Nəsimi, Səbail, Binəqədi, Abşeron, Xəzər, Qaradağ, Sabunçu Texniki İstismar Xidmətlərində, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahədə, Təmir Tikinti İdarəsinin 1, 3 və 4 saylı Təmir Quraşdırma, 4  saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Ümumi Tikinti, Anbar Təsərrüfatı sahələrində, Sənaye Sayğaclarının Xidmət Mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Sementləmə sahəsində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Elektromexanik Təmir Emalatxanası, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün “Sənqəçal – Şirvan”, “Bahar” Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Suraxanı OİL Kompani, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Bakı Olimpiya Stadionun ərazisində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, SOCAR-ın AQŞ-də, SOCAR-ın xidmət göstərdiyimiz Ekologiya İdarəsinin Tullantıların İdarə Olunması Mərkəzində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 322 785 m2  deratizasiya, 336 779 m2  dezinseksiya və 416 454 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay-payız mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid  olan  idarə  və  müəssisələrin  ərazilərində 6 000  m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
SOCAR AQŞ-nin ərazisində yerləşən 30 m3  -lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 noyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.






























tarix : 23.09.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.