İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Nəqliyyat İdarəsinin 1 və 2 saylı sahəsinin inzibati binalarında, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Neftin İlkin Hazılrlanması (Dübəndi, Hövsan, Zirə) sahələrində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Anbarlarının İstismarı İdarəsinin Anbar Təsərrüfatında, İstehsalat Xidmət bazasında, Quyuların əsaslı və yeraltı təmiri, İstismar Avadanlıqlarının Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, Qaz Kompressor, Elmi Tədqiqat və İstehsalat işləri, İstehsalat Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Dəniz Neft - Mədən Hidrotexniki qurğuların təmiri, Dalğıc xidmətinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Sabunçu, Suraxanı Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli sahəsində, İxrac İstehsalat Bölümünün inzibati binasında, Qaradağ İstehsalat Bölümünün Puta Neftin Nəqli sahəsində, Anbar Təsərrüfat Bölümünün Qaradağ sahəsində, “Neftqaztikinti” trestinin inzibati binasında, onun strukturuna aid olan 2, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentinin inzibati binasında, Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Puta, Semzavod, Pereküşkül, Ceyranbatan, Sumqayıt, Yaşma, Abşeron Modul, Müşviqabad, Şıxov, Qaradağ, Zabrat 1 və 2, Yeni Zabrat Xalçaçılıq, Nərimanov, Yeni Suraxanı, Ramana, Qaraçuxur, Xırdalan, Qobu, Lökbatan Qaz Paylayıcı sahələrində, Sənqəçal Qaz Tənzimləyici Məntəqəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Avtomatika və Metrologiya Departamentinin, Bakı Regional Qaz Ölçü Qurğularının Xidmət Departamentinin inzibati binalarında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Xəzər, Xətai, Sumqayıt, Nizami, Qaradağ, Sabunçu, Suraxanı Texniki İstismar Xidmətlərində, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahədə, Təmir Tikinti İdarəsinin 1, 2 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Ümumi Tikinti, Anbar Təsərrüfatı sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün “Bahar” Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 1-ci və 2-ci sahələrində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, SOCAR-ın AQŞ-də, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 249 397 m2 deratizasiya, 209 224 m2 dezinseksiya və 359 600 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay-payız mövsümü ilə əlaqədar SOCAR-ın strukturuna aid olan idarə və müəssisələrin ərazilərində 2 500 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.