ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin tibbi müayinəsinə başlanmışdır.
İşçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.

Bununla əlaqədar olaraq, QSC ilə MODERN HOSPİTAL  klinikası  arasında müvafiq müqavilə imzalanmış  və bu müqaviləyə  əsasən işçi personalı  ildə bir dəfə bu klinikada tibbi müayinədən (Check Up) keçirilir.  Eyni zamanda,  QSC-nin Meqa Sığorta Şirkəti  ilə bağladığı müqaviləyə əsasən işçilər  tibbi sığorta  ilə də təmin olunurlar.  
QSC-də çalışan işçilərin 2021-ci ilin  oktyabr ayının 1-dən başlayaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sosial məsafənin qorunması, xüsusi qoruyucu vasitələrdən istifadə etməklə MODERN HOSPİTAL-da  növbəti tibbi müayinəsinə başlanılmış və 682 işçi  personalı tibbi müayinədən keçəcəklər.  Tibbi müayinədən keçmiş işçilər zəruri hallarda MODERN HOSPİTAL-da, o cümlədən respublikamızda fəaliyyət göstərən bir çox müasir klinikalarda ödənişsiz  müalicə kursları alır  və lazımı  dərman preparatları ilə təmin edilirlər.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin sağlamlığının qorunması, iş şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli növbəti illərdə də davam etdiriləcəkdir.




















tarix : 06.10.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.