ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin yaşıllaşdırma sahələrində payız mövsümünə hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilir.
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.

Hazırda payız mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD)  SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin, “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində (ümumilikdə 120 min 925 ədəd) müxtəlif növ ağac və bəzək  kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı cəmiyyətin xidmət sahələrinin, o cümlədən xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinin, H.Əliyev adına NEZ-in 9-cu sahəsinin, TRD-nin A 4 sahəsində yerləşən inzibati binalarının ərazilərində və Eko Park İnnovasiya Mərkəzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə müxtəlif növ ağacların, bəzək və gül kollarının əkilməsi və onlara qulluq işləri yerinə yetirilir. 
Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsinin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir. Hazırda “Azneft” İB-nin “Abşeronneft”  NQÇİ-nin (Pirallahı) ərazisində 40 min 039 ədəd və H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində  4 min 510 ədəd  müxtəlif növ həmişəyaşıl ağac və bəzək  kollarına aqrotexniki xidmətlər göstərir.  
Bütün bunlarla yanaşı digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində də payız mövsümü ilə əlaqədar zəruri işlər yerinə yetirilir. NQÇİ-nin mədən ərazilərində olan 64 min 499 ədəd, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına, istixanada yetişdirilən çoxsaylı ağac tinglərinə QSC-nin TRD-nin yaşıllaşdırma üzrə 2-ci sahəsinin  işçiləri tərəfindən yüksək səviyyədə qulluq edilir.
Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.




















tarix : 08.10.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.