ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (01 oktyabr -  09 oktyabr 2021) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Nəqliyyat İdarəsinin 1 və 2 saylı sahəsinin inzibati binalarında, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Neftin İlkin Hazılrlanması (Hövsan, Zirə) sahələrində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Anbarlarının İstismarı İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Anbar Təsərrüfatı, Qaradağ Qaz Kompressor, Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar Avadanlıqlarının Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, İstehsalat Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları sahələrində, Elmi Tədqiqat və İstehsalat işləri, Dəniz Neft - Mədən Hidrotexniki qurğuların təmiri, Dalğıc xidmətinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Sabunçu, Suraxanı Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli sahəsində, İxrac İstehsalat Bölümünün inzibati binasında, Qaradağ İstehsalat Bölümünün Puta, Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfat Bölümünün sahəsində, “Neftqaztikinti” trestinin  inzibati binasında, onun strukturuna aid olan 6 saylı Tikinti Quraşdırma Bölümündə, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Yeni Suraxanı, Abşeron Modul, Zabrat 1 və 2, Yeni Zabrat Xalçaçılıq, Nərimanov, Suraxanı, Qaraçuxur, Zirə - 3, Dübəndi Qaz Paylayıcı sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Avtomatika və Metrologiya Departamentinin, Bakı Regional Qaz Ölçü Qurğularının Xidmət Departamentinin inzibati binalarında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Abşeron, Xəzər, Xətai, Sumqayıt, Nizami, Qaradağ, Sabunçu, Suraxanı Texniki İstismar Xidmətlərində, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahədə, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 4  saylı Qəza Təmir Bərpa Xidməti sahəsində, Ümumi Tikinti, Anbar Təsərrüfatı sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Elektromexanik Təmir Emalatxanasında, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması,  Ekoloji Monitorinq Departamentlərinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı zavodunun inzibati binası, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Daşgil Sənqəçal Rabitə İnformasiya Stansiyalarında, Qobustan ATS, Abşeron Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində,  eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 259 183 m2  deratizasiya, 261 078 m2  dezinseksiya və 347 186 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 noyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.





























tarix : 12.10.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.