SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Nəqliyyat İdarəsinin 1 saylı sahəsinin inzibati binasında, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı bazasında, “Abşeronneft”, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Neftin İlkin Hazılrlanması (Hövsan, Zirə) sahələrində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Dalğıc xidmətinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Sabunçu, Suraxanı, Sumqayıt Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat Bölümünün, İxrac İstehsalat Bölümünün inzibati binalarında, Abşeron İstehsalat Bölümünün Böyükşor, Qaradağ İstehsalat Bölümünün Böyükşor, Puta, Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfat Bölümünün sahəsində, “Neftqaztikinti” trestinin inzibati binasında, onun strukturuna aid olan 5 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Böyükşor, Yeni Suraxanı, Suraxanı, Qaraçuxur, Qaz Paylayıcı sahələrində, Sənqəçal Baş Qurğuları, Sənqəçal Xətti İstismar Xidmətlərində, Qaradağ Kompressor sahəsində, Anbar Təsərrüfatında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Abşeron, Səbail, Qaradağ, Sabunçu, Suraxanı Texniki İstismar Xidmətlərində, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahədə, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1 və 2 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Ümumi Tikinti, Anbar Təsərrüfatı sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatlarında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Elektromexanik Təmir Emalatxanasında, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması, Ekoloji Monitorinq Departamentlərinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Bahar və Azəri Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya Stansiyalarında, Qobustan ATS, Bakı Olimpiya stadionunda, “Neftçi İdman Klubu” İctimai Birliyi İdarəetmə Aparatının Məşəl İdman Kompleksində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 185 258 m2 deratizasiya, 235 520 m2 dezinseksiya və 347 221 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.