İmtahanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan işçilər tərəfindən Texniki təhlükəsizlik qaydalarını və təlimatlarını TS İSO 45001-2018 standartının tələblərini dərindən mənimsəmək və maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyən etməkdən ibarətdir.
QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənlinin sədrliyi və müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən imtahan bütün fəaliyyət sahələri daxil olmaqla noyabr ayının 2-dək davam edəcəkdir.
İmtahan zamanı Covid - 19 Koronavirus infeksiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi qərarlara, SOCAR-ın əmr, qərar, sərəncamlar və tövsiyələrinə tam əməl edilmişdir.