SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin, Nəqliyyat İdarəsinin 1 saylı sahəsinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə) sahələrində, Qaz Anbarlarının İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qaradağ Kompressor, Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar Avadanlıqlarının Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, İstehsalat Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları sahələrində, Dalğıc xidmətinin, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan İxrac İstehsalat Bölümünün inzibati binalarında, Abşeron İstehsalat Bölümünün Sumqayıt, Qaradağ İstehsalat Bölümünün Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfat Bölümünün sahəsində, “Neftqaztikinti” trestinin inzibati binasında, onun strukturuna aid olan 2, 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Bakı Regional Qaz Ölçü Qurğularının Xidmət Departamentinin inzibati binasında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Abşeron, Suraxanı, Xəzər, Sumqayıt, Xətai Texniki İstismar Xidmətlərində, Layihə Konstruktor Bürosunda, Avtomatika və Metrologiya Departamentinin inzibati binasında, Təmir Tikinti İdarəsinin 2 və 3 saylı Təmir Quraşdırma, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 2 saylı Anbar Təsərrüfatında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədən Geofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya Stansiyalarında, Qobustan ATS, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 102 800 m2 deratizasiya, 178 985 m2 dezinseksiya və 243 065 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.