ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

8 noyabr – “Zəfər Günü” münasibəti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də tədbir keçirilmişdir.
05 noyabr 2021-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 noyabr – “Zəfər Günü” münasibəti ilə 2-ci Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

Tədbirdə ilk öncə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev çıxış edərək “Dəmir yumruq” əks hücum əməliyyatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Müzəffər Ordumuzun sona qədər qəhrəmancasına 44 günlük mübarizəsi nəticəsində Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızın azad edilməsini böyük tarixi hadisə kimi qiymətləndirmişdir.
 Çıxışının davamı olaraq Ramil Əliyev bildirdi ki, bugün biz hər birimiz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur qəhrəman igidlər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı, and və uyuduğu məkan müqəddəs ziyarət yeri olduğunu bildirdi.   
Daha sonra Ramil Əliyev 2-ci Vətən Müharibəsi iştirakçıları Altay Hüseynovu, Afiq Məmmədovu, Surət Fərzəlibəylini, Mahir Cəfərovu və Habil Hacıyevi təbrik edərək onlara müharibədə göstərdikləri fədakarlığa görə və qələbə münasibətilə öz təşəkkürünü bildirdi.   
Görüşdə çıxış edənlər İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, İctimai sosial şöbənin mühəndisi Edilman Məmmədov da təbrikə qoşularaq qəhrəman döyüşçüləri ürəkdən təbrik edərək can sağlığı və ailə xoşbəxtliyi arzuladılar. 
Tədbirdə 2-ci Vətən Müharibəsi iştirakçıları “Fəxri Fərman” və hədiyyələrlə təltif olunmuşlar.
“Fəxri Fərman”a layiq görülmüş 2-ci Vətən Müharibəsi iştirakçıları onlara verilən yüksək qiymətə görə “Ekol Mühəndislik Xidmətləri” QSC rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirərək, keçdikləri döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdilər və onların çıxışları çox maraqla qarşılandı. 
Görüş iştirakçıları sonda Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə görüşü yekunlaşdırdılar.

Qarabağ Bizimdir!
Qarabağ Azərbaycandır!



















 

tarix : 05.11.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.