SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, “Abşeronneft”, Neft Daşları, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli sahələrində, Qaz Kompressor, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqlarının təmiri, Elektrik təchizatı və Elektrik avadanlıqlarının təmiri, Elmi tədqiqat və istehsalat işləri, İstehsalat Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Dəniz Neft Mədən Hidrotexnik Qurğuların Təmiri, Dalğıc xidmətinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Sabunçu, Suraxanı, Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatında, “Neftqaztikinti” trestinin inzibati binasında, onun strukturuna aid olan 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərdə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentinin inzibati binasında, Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Zirə, Novxanı, Mehdiabad, Digah, Xətai, Əhmədli, Hövsan, Zığ, Mərdəkan bağları, Xaşaxuna Qaz Paylayıcı sahələrində, Anbar Təsərrüfatında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lahiyə Konstruktor Bürosunda, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər, Qaradağ, Xətai, Sabunçu, Suraxanı, Nərimanov, Yasamal, Binəqədi, Nəsimi Texniki İstismar Xidmətlərində, Avtomatika və Metrologiya Departamentinin inzibati binasında, Ümumi Tikinti, Texniki Nəzarət şöbəsində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Qaz Kəmərlərinin Sökülməsi sahəsində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Elektromexanik Təmir Emalatxanasında, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin, Ekoloji Monitorinq Departamentinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan MədənGeofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri və Bahar MədənGeoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik, Sosial İnkişaf İdarələrinin inzibati binalarında, Qaz Emalı, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya Stansiyalarında, Qobustan ATS, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 262 337 m2 deratizasiya, 214 988 m2 dezinseksiya və 308 128 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.