ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

YAP Nizami rayonu “Ekol Mühəndislik Xidmətləri” QSC O.Vəliyev 1 ərazi partiya təşkilatının hesabat seçki iclası keçirilmişdir.
15.11.2021-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində YAP üzvlərinin iştirakı ilə “Ekol” O.Vəliyev 1 ərazi partiya təşkilatının iclası keçirilmişdir. İclasda YAP Nizami rayon təşkilatının sədri Ramil  Vəlibəyov iştirak etmişdir. İclasın gündəliyində iki əsas məsələ qoyulmuşdur. Birinci məsələ YAP Nizami rayonu “Ekol Mühəndislik Xidmətləri” QSC O.Vəliyev 1 ərazi partiya təşkilatı sədrinin hesabatı, ikinci məsələ sədr və sədr müavinin seçilməsindən ibarət idi.

İclası YAP Nizami rayon “Ekol Mühəndislik Xidmətləri” QSC O.Vəliyev 1 ərazi partiya təşkilatının sədri Ramil Əliyev açıq elan etdi. Ramil Əliyev çıxışında YAP Nizami rayonu “Ekol Mühəndislik Xidmətləri” QSC O.Vəliyev 1 ərazi partiya təşkilatının iştirakçılarını salamlamış və Yeni Azərbaycan Partiyasının banisi ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişdir.
Gündəlikdə duran birinci məsələ sədrin VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabatı dinlənildi və ətraflı müzakirədən sonra hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Daha sonra gündəlikdə duran ikinci məsələ ərazi partiya təşkilatının sədri və müavini seçilməsi məsələsi idi. Məsələ ətrafında çıxış edən Əli Ələkbərov, Edilman Məmmədov və Arif Məmmədov Ramil Cavanşir oğlu Əliyevin YAP “Ekol Mühəndislik Xidmətləri” QSC  O.Vəliyev 1 ərazi partiya təşkilatının sədri, İsrafil İsmayıl oğlu Əliyevin isə sədr müavini seçilməsini təklif etdilər.
Fəal şəraitdə keçən iclasda,  “Ekol” ərazi partiya təşkilatının sədri yekdilliklə Ramil Əliyev, sədr müavini İsrafil Əliyev seçilmişlər.
İclasda ilk söz yeni seçilmiş ərazi partiya təşkilatının sədri Ramil Əliyevə verilmişdir. O, çıxışında ona göstərilən etimada görə, siyasi həmfikirlərinə  öz təşəkkürünü bildirmiş və Respublikamızın İctimai Siyasi həyatında fəal iştirakında öz səylərini əsirgəməyəciyini qeyd etmişdir.
Daha sonra iclasda iştirak edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova söz verilmişdir. Ramil Vəlibəyov “Ekol Mühəndislik Xidmətləri” QSC O.Vəliyev 1  ərazi partiya təşkilatının kollektivinə Nizami rayonunun ictimai siyasi həyatında fəal iştirakına görə, ərazi partiya təşkilatının yeni seçilmiş sədri Ramil Əliyevə və müavini İsrafil Əliyevə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.








tarix : 15.11.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.