ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (17 noyabr – 24 noyabr 2021) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, H.Z.Tağıyev NQÇİ-nin inzibati binalarında,  N.Nərimanov adına NQÇİ-nin Qaz Kompressor sahəsində, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə) sahələrində, Qazsazlama, Qaradağ Kompressor, Anbar Təsərrüfatı, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqlarının təmiri, Elektrik təchizatı və Elektrik avadanlıqlarının təmiri, İstehsalat avadanlıqların təmiri, İstehsalat Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Dalğıc xidmətinin sahələrində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, İstehsalat Xidməti bazasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Sabunçu, Suraxanı Neftin Nəqli sahələrində, Abşeron İstehsalat Bölümünün Sumqayıt sahəsində, Anbar Təsərrüfatında, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərdə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin inzibati binasında, Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin Yaşma, Modul, Masazır, Xırdalan, Sumqayıt, Suluptəpə, Səbail, Alatava, Xalçaçılıq, Yeni Zabrat 1 və 2, Yeni Suraxanı Qaz Paylayıcı sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lahiyə Konstruktor Bürosunda, Avtomatika və Metrologiya Departamentinin, Bakı Regional Qaz Ölçü Qurğularının Xidmət Departamentinin inzibati binalarında, Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu, Qaradağ, Abşeron, Nərimanov, Yasamal, Binəqədi, Səbail, Nəsimi, Zaqatala, Sumqayıt Texniki İstismar Xidmətlərində, Texniki Nəzarət şöbəsində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Sənaye qaz sayğaclarının Xidmət Mərkəzində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Anbar Təsərrüfatında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatında, Ekologiya İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Kompleks Tədqiqatlar Laboratoriyasında, Balaxanı Stasionar Ölçmə Məntəqəsində, Təmir və Texniki xidmət sahəsində, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin, Ekoloji Monitorinq Departamentinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan MədənGeofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri və Bahar MədənGeoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Sənqəçal Rabitə İnformasiya Stansiyalarında, Qobustan ATS,  Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Bakı Olimpiya Stadionun ərazisində, Sİİ–nin Balakən “Qubek Hotel”də, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 251 604 mderatizasiya, 253 577 mdezinseksiya və 355 820 msahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 yanvar saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























 

tarix : 25.11.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.