Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan rəhbər, mütəxəssis və qulluqçuların attestasiyasına başlanmışdır
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan rəhbər, mütəxəssis və qulluqçuların bilik səviyyələrinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduqları vəzifələrə uyğunluğunun təyin edilməsi məqsədilə QSC-nin Baş direktorunun 01 noyabr 2021-ci il tarixli 478 saylı əmrinə əsasən 02.12.2021-ci il tarixindən rəhbər, mütəxəssis və qulluqçuların attestasiyasının keçirilməsinə başlanmışdır.
Attestasiya “Əmək Məcəlləsi”nə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. QSC-nin Baş direktorunun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynovun sədrliyi, rəhbər, mütəxəssis və qulluqçuların attestasiyası komissiya üzvlərinin iştirakı ilə keçirilən imtahan bütün rəhbər heyət, şöbə, sex və sahələr əhatə olunmaqla dekabr ayının 13-dək davam edəcək.
tarix : 06.12.2021
|
|
|
|
|
|
|