ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (07 dekabr – 16 dekabr 2021) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 və 2 saylı Nəqliyyat İdarəsinin inzibati binalarında və sahələrində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, “Abşeronneft”, Ə.Əmirov, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Neft Daşları, Hövsan, Zirə), Neftin Tam Hazırlanması (Dübəndi) sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin Qalmaz Qaz Saxlama, Kompressor, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan İxrac və Dübəndi İstehsalat Bölümlərinin inzibati binalarında, Qaradağ İstehsalat Bölümünün Şirvan Neftin Nəqli sahəsində, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Təhvili sahəsində, Anbar Təsərrüfatında, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 4, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Hacıqabul Magistral Qaz Kəmərlərinin Hacıqabul Xətti İstismar Xidmətinin sahəsində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Anbar Təsərrüfatında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lahiyə Konstruktor Bürosunun inzibati binasında, Avtomatika və Metrologiya, Bakı Regional Qaz Satış Departamentlərinin inzibati binalarında, Salyan Regional Qaz İstismar İdarəsinin Hacıqabul Xidmət sahəsində, Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu, Şamaxı Xidmət sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu, Sumqayıt, Qaradağ, Xətai, Xəzər, Abşeron, Nərimanov, Yasamal, Binəqədi, Səbail, Nəsimi Texniki İstismar Xidmətlərində, Texniki Nəzarət şöbəsində, Təmir Tikinti İdarəsinin 1, 3 və 4 saylı Təmir Quraşdırma, 1 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar Təsərrüfatında, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazma Servis İstehsalat Bölümündə, “Neft Daşlarındakı” buruq sahəsində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri və Bahar Mədəngeoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyası sahəsində, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Bakı Olimpiya Stadionun ərazisində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 255 316 mderatizasiya, 333 122 m2 dezinseksiya və 482 667 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 yanvar saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
























 


tarix : 17.12.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.