ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 16.12.2021-ci il tarixində maarifləndirmə tədbirlərinin keçirilməsinə başlanmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün istehsalat və xidmət sahələrində Ekoloji Monitorinq Departamentinin və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən “İSO 45001 – 2018 Əmək Sağlamlığı və Təhlükəsizliyin İdarəetmə Sisteminin yeni versiyası barədə məlumat”, “Qaz təhlükəli işlər və tapşırıq –icazələrin verilməsi barədə məlumat” və “İSO 14001-2015 Ətraf Mühitin İdarəetmə Sisteminin tələblərinə uyğun tullantıların idarəedilməsi barədə məlumat” mövzularında maarifləndirici tədbirlərin keçirilməsinə başlanmışdır. 

QSC öz fəaliyyətini qəbul etdiyi İSO 9001, İSO 14001 və İSO 45001 Beynəlxalq İdarəetmə Standartlarının tələblərinə əsasən qurmuşdur.
Bu ildə də maarifləndirmə tədbirləri təsdiq olunmuş qrafik və mövzulara  uyğun olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentində, Tullantıların Emalı Departamentinin 3,4,5,6-cı (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiya Departamentinin 1-ci və 2-ci sahələrində, Elektromexanika sexində, Nəqliyyat sexində, İnzibati Təsərrüfat şöbəsində, Tullantıların İdarə Edilməsi Mərkəzində, Dezinfeksiya şöbəsində və Eko Park İnnovasiya Mərkəzində keçirilməsi nəzərdə tutulmuşdur. Hər üç mövzu haqqında təlim iştirakçılarına Ekoloji Monitorinq Departamentinin (EMD) rəis müavini Natella Şəfiyeva və Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov geniş məlumat verirlər. Təqdim edilmiş mövzular ətrafında yüksək keyfiyyətli təlimlər təşkil edilir və müzakirələr aparılır.
  Maarifləndirmə tədbirləri 24.12.2021-ci il tarixinədək davam etdiriləcək.









tarix : 20.12.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.