İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 saylı Nəqliyyat İdarəsinin inzibati binasında və sahəsində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə), Dalğıc xidmətinin Pirallahı sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin Qalmaz Qaz Saxlama, Kompressor, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün inzibati binasında, Anbar Təsərrüfatında, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Xırdalan, Digar Qaz Paylayacı Stansiyalarında, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və onun struktur bölmələri olan Sənqəçal, Hacıqabul, Şirvan Xətti İstismar Xidmətinin sahələrində, Sənqəçal Baş Qurğuları Xidmət sahəsində, Qaradağ Kompressor Stansiyasında, Qalmaz, Kürsəngi-Qarabağlı, Qarasu, Astara Ölçü Qovşaqlarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lahiyə Konstruktor Bürosunun inzibati binasında, Avtomatika və Metrologiya, Bakı Regional Qaz Satış Departamentlərinin inzibati binalarında, Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu, Sumqayıt, Qaradağ, Xətai, Xəzər, Abşeron, Suraxanı, Nərimanov, Yasamal, Binəqədi, Səbail, Nəsimi Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 2, 3 və 4 saylı Təmir Quraşdırma, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar Təsərrüfatında, Qaz Kəmərlərinin Sökülməsi sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 2 saylı Anbar Təsərrüfatında, Sahil İstehsalat Bölümünün 122 saylı blokunda, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal sahəsində, Azəri və Bahar Mədəngeoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol, H.Əliyev adına Bakı Dərin Özüllər zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 260 534 m2 deratizasiya, 225 230 m2 dezinseksiya və 334 786 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.