Hazırda qış mövsümü ilə əlaqədar olaraq havaların soyuq keçməsinə baxmayaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) SOCAR-ın “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində, “Eko Park” İnnovasiya Mərkəzinin, xidmət göstərdiyimiz Tullantıların İdarə Edilməsi Mərkəzinin və İnzibati Təsərrüfat şöbəsinin təcrübəli mütəxəssisləri tərəfindən müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı QSC, “Azneft” İB NQÇİ-lərin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə, sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
TRD-nin 1-ci və 2-ci sahələrin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə suvarılması nəticəsində bitkilərin normal inkişafı təmin edilmişdir. Hazırda “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 40 min 039 ədəd, “Azneft” İB-nin H.Z. Tağıyev NQÇİ-nin Qala ərazisində 5 min 800 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində olan 67 min 499 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 m2 istixanada 2 min 100 ədəd ağac tinglərinə, Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, ümumilikdə 125 min 215 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
TRD-nin xidmət göstərdiyi sahələrdə görülən işlərlə bərabər "Ekol Mühəndislik Xidmətləri" QSC O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən istehsalat sahələrində qış mövsümü ilə əlaqədar 1210 ədəd müxtəlif növ ağac, 2170 ədəd bəzək kolları və 4000 ədəd ştillərə İnzibati Təsərrüfat Şöbəsinin təcrübəli bağbanları və işçi heyəti tərəfindən yüksək səviyyədə qulluq göstərilir.
Bütün bunlarla yanaşı qış mövsümündə hava şəraitinin soyuq keçməsinə baxmayaraq sahələrdə yeni qazonların salınması üçün işlər aparılır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi sahələrdə yaşıllıq zolaqlarının genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.