İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, 1 saylı Nəqliyyat İdarəsinin inzibati binasında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə), Neftin Tam Hazırlanması (Dübəndi) sahələrində, Dalğıc xidmətinin Pirallahı, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin, Qaz Emalı zavodunun sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün inzibati binasında, Qaradağ İstehsalat Bölümünün Anbar Təsərrüfatında, Puta və Böyükşor Neftin Nəqli, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Sumqayıt, Dübəndi, Hövsan, Digah, Böyükşor, Xırdalan, Masazır Qaz Paylayacı Stansiyalarında, Balaxanı Kompressor, Modul Elektrik Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Avtomatika və Metrologiya, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Sumqayıt şəhəri Qaz İstismar sahəsində, Bakı Regional Qaz İstismar Departamentinin Səbayıl, Nizami, Xəzər, Xətai, Sabunçu, Qaradağ Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1 və 4 saylı Təmir Quraşdırma, 1 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatında, Ümumi Tikinti sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Bahar və Azəri Mühəndis Geoloji Ekspredisiyalarında, SOCAR-ın Bakı Ali Neft Məktəbinin Bibiheybət sahəsindəki inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Ümid-Babək Neft Əməliyyat Şirkətinin Mərkəzi anbarında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 260 304 m2 deratizasiya, 251 762 m2 dezinseksiya və 292 605 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 mart saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.